Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-nin aztəminatlı əməkdaşlarına yardım edilib

1 İyul 2020
RSXM-nin aztəminatlı əməkdaşlarına yardım edilib

Bütün dünyanı cənginə alan COVİD19 virusu ilə bağlı ölkəmizdə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən elan edilmiş karantin rejiminin davam etməsinə baxmayaraq, bir sıra dövlət əhəmiyyətli qurumlar kimi AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məhdud sayda əməkdaşlarını işə cəlb etməklə fəaliyyətini fasiləsiz olaraq davam etdirir.

RSXM rəhbərliyinin təşəbbüsü ilə iyulun 1 - də mərkəzin bir qrup aztəminatlı əməkdaşına Həmkarlar Təşkilatının dəstəyi ilə ərzaq yardımı paylanılıb.

  

AMEA nəzdində RSXM - nin baş direktoru, AMEA - nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, hazırda bütün dünya ölkələri koronavurus pandemiyası ilə üz-üzə qalıblar. “Faktiki olaraq bu gün bütün dünya bu virusla müharibə aparır. Bizim ölkəmizdə virusla bağlı mübarizəyə dair əvvəlcədən bir sıra qabaqlayıcı tədbirlərin görülməsinə baxmayaraq, təəssüflər olsun ki, Azərbaycanda da yoluxma halları baş verdi. Bu gün dövlət rəhbərliyi tərəfindən hər şey edilir ki, insanların sağlamlığı qorunsun. Amma burda vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Hər bir şəxs Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu tələblərə birmənalı şəkildə əməl etməlidir”.

Dövlət əhəmiyyətli bir sıra qurumlar kimi RSXM-nin də karantin reimində fəaliyyətini davam etdirdiyini qeyd edən baş direktor əməkdaşları bir daha qoyulan rəsmi tələb və qaydalara əməl etməyə çağırıb. “Bizim mərkəz respublika ərazisində zəlzələlərin emalı, tədqiqi və elmi araşdırılması ilə məşğul olan yeganə dövlət təşkilatı olduğuna görə karantin rejimi dövründə Nazirlər Kabineti tərəfindən fəaliyyətinə icazə verilən dövlət təşkilatlarının siyahısı üzrə məhdud sayda əməkdaşlarımızla işimizi davam etdiririk. İşdə əməkdaşların sosial məsafə saxlaması və sanitar- gigiyenik tələblərə uyğun işləməsi üçün şərait yaradılıb. Amma biz bu qaydalara hər yerdə əməl etməliyik”.

Baş direktor pandemiya dövründə aztəminatlı işçilərə dəstək olmaq məqsədi ilə Həmkarlar Təşkilatının dəstəyi ilə ərzaq yardımı göstərildiyini bildirib. Qeyd edək ki, 15 çeşiddə ərzaq məhsullarından ibarət yardım paketləri mərkəzin 24 aztəminatlı əməkdaşına paylanılıb.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə