RSXM-nin aztəminatlı ailələrdən olan əməkdaşlarına yardım göstərilib
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində çalışan aztəminatlı ailələrdən olan əməkdaşlara RSXM-nin Həmkarlar Təşkilatı tərəfindən yardım göstərilib.
Mərkəzdə çalışan 26 nəfər aztəminatlı ailələrdən olan əməkdaşa ərzaq yardımı kartları təqdim olunub. Həmkarlar Təşkilatı və müvafiq marketlər şəbəkəsi arasında olan razılaşmaya əsasən əməkdaşlar təqdim olunmuş kartlardan istifadə etməklə ərzaq yardımı ilə təmin olunacaqlar.
Kartlar əməkdaşlara RSXM-nin Həmkarlar Təşkilatının sədri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev tərəfindən təqdim olunub.
Həmçinin mərkəz əməkdaşlarının övladlarının bayram şənliklərində iştirakı da təmin olunub.