Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM əməkdaşlarının məruzəsi beynəlxalq konfransda birinci olub

3 Dekabr 2021
RSXM əməkdaşlarının məruzəsi beynəlxalq konfransda birinci olub

30 noyabr - 1 dekabr tarixində Azərbaycan - Fransız Universitetində (UFAZ) keçirilən beynəlxalq konfransda ilk üçlüyə düşən ən yaxşı məruzələrin adları məlum olub.

Azərbaycan - Fransız  Universitetinin (UFAZ) tədqiqat şöbəsinin müdiri Filip Turekin rəhbərlik etdiyi komissiya tərəfindən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Geodinamika” şöbəsinin müdiri, geologiya-minerologiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov və mərkəzin əməkdaşı Gülnar Hüseynzadənin “Ərəb plitəsinin Azərbaycanın müasir geodinamikasına təsiri” adlı məruzəsinin birinci yeri tutduğu açıqlanıb.

Qeyd edək ki, məruzəçilər təşkilatçılar tərəfindən sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Azərbaycan-Fransa Universitetinin (UFAZ) təşkilatçılığı ilə keçirilən konfrans Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Fransanın Strasburq Universiteti, Fransa Ali Təhsil, Tədqiqat və İnnovasiya Nazirliyi ilə əməkdaşlıq çərçivəsində reallaşıb.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə