Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM əməkdaşları vebinarda iştirak ediblər

4 May 2023
RSXM əməkdaşları vebinarda iştirak ediblər

Mayın 3-də ABŞ-nın “Kinemetrics” şirkəti tərəfindən tərəfdaş ölkələrin seysmoloji mərkəzlərinin əməkdaşları üçün növbəti vebinar keçirilib.

Vebinarda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələlərin tədqiqatı bürosu”nun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova və büro rəisinin müavini Ruqiyyə Kərimova, mühəndis-proqramçısı Nail Qazıyev iştirak ediblər. 

 

Vebinarda “Kinemetrics” şirkətinin prezidenti Mauricio Siudad-Real “Mayeləşdirilmiş təbii qaz obyektlərinin kəsintisiz fəaliyyətinin və təhlükəsizliyinin təmin edilməsi” mövzusunda məruzə ilə çıxış edib. 

Mauricio Siudad-Real öz məruzəsində mayeləşdirilmiş təbii qaz obyektlərinin zəlzələdən əvvəl, zəlzələ zamanı və zəlzələdən sonra fövqəladə hallarda necə reaksiya verərək daha dəqiq qərarlar qəbul etmək üçün öz obyektlərinə necə nəzarət etdiklərindən danışıb.

Daha sonra iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib. 

Xatırladaq ki, ABŞ-nın “Kinemetrics” şirkəti tərəfindən yeni texnologiyaların və proqramların tətbiqinə dair məlumatlandırma xarakterli vebinarlar hər ay keçirilir və RSXM-nin əməkdaşları bu müzakirələrdə mütəmadi olaraq iştirak edirlər.

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə