Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM əməkdaşları vebinarda iştirak ediblər

30 İyun 2022
RSXM əməkdaşları vebinarda iştirak ediblər

İyunun 29 - da ABŞ - ın “Kinemetrics” şirkəti tərəfindən növbəti vebinar təşkil edilib. Vebinarda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələlərin tədqiqatı bürosu”nun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, büronun rəis müavini Ruqiyyə Kərimova və mühəndis-proqramçısı Yeganə Muradova iştirak ediblər. 

“ANTELOPE 5.12 yenilikləri” mövzusunda  keçirilən vebinarda “Boulder Real Time Technologies”in əməkdaşı, professor Kent Lindquist təqdimatla çıxış edib. 

Öz təqdimatında Kent Lindquist Antilop Ətraf Mühitin Monitorinqi Sisteminin bu yaxınlarda buraxılmış  5.12 versiyasında həll olunan yeni problemləri və əsas irəliləyişləri haqqında məlumat verib. 

Təqdimatdan sonra məruzəçi iştirakçıların suallarını cavablandırıb. 

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi 

 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə