Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM əməkdaşları Türkiyədə səfərdə olublar

27 Dekabr 2021
RSXM əməkdaşları Türkiyədə səfərdə olublar

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin(AFAD) Zəlzələ Departamenti arasında imzalanmış Razılaşma Protokoluna əsasən bu ilin 20-26 dekabr tarixlərində RSXM-nin “Makroseysmik tədqiqatlar” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev, “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, “Geodinamika” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov, mərkəzin əməkdaşları Lalə Piriyeva və Gülnar Hüseynzadə Türkiyə Respublikasında səfərdə olublar.

   

Səfər çərçivəsində RSXM-nin əməkdaşları Türkiyə DİN-nin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) prezidenti Yunus Sezerlə görüşüblər. Görüşdə iki qardaş ölkənin seysmoloji mərkəzləri arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Mərkəz əməkdaşları AFAD-ın Zəlzələ Departamentində seysmoloji emal sistemi və AFAD xəbərdarlıq sistemi ilə tanış olublar.

AFAD-ın Zəlzələ Departamentinin rəhbəri, professor Murad Nurlu,  Zəlzələ Müşahidə Sisteminin rəhbəri Vedat Özsaraç, departamentin əməkdaşları - Kudret Tekin, Meltem Türkoğlu, Fatih Alver və digər mütəxəssislər tərəfindən müasir seysmik analiz sahəsində RSXM əməkdaşları üçün treninqlər keçirilib. Ankara Universitetinin professoru Bahadır Aktuğ tərəfindən isə Kolombo stress və GNSS analizi mövzularında təlim keçirilib.

 

Səfər çərçivəsində RSXM əməkdaşları AFAD-ın “Akyurt” və “Gokçe” stansiyalarına səfər edərək, stansiyaların işi ilə yaxından tanış olublar.

  

Xatırladaq ki,  gələn il Türkiyə tərəfi Azərbaycana bir ədəd dərin quyu stansiyası verəcək və həmin stansiyanın 2022-ci ilin ortalarında quraşdırılması nəzərdə tutulub. Tərəflər arasındakı razılaşmaya əsasən, məlumat mübadiləsi sahəsində Türkiyənin 10 seysmik stansiyalarının məlumatları RSXM-nin Monitorinq Mərkəzinə  ötürüləcək. Qarabağda seysmik stansiyaların quraşdırılması sahəsində də AFAD-ın Zəlzələ Departamenti ilə əməkdaşlıq ediləcək.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

 
AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə