Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM əməkdaşları təltif olunublar

1 Dekabr 2021
RSXM əməkdaşları təltif olunublar

30 noyabr - 1 dekabr 2021-ci il tarixində Azərbaycan-Fransız Universitetində (UFAZ) Beynəlxalq Elmi konfrans keçirilib. Azərbaycan-Fransız Universitetinin (UFAZ) təşkilatçılığı ilə keçirilən konfrans Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Fransanın Strasburq Universiteti, Fransa Ali Təhsil, Tədqiqat və İnnovasiya Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində reallaşıb.

 

Konfransda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin  “Geodinamika” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov, “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin əməkdaşları - Şəbnəm Xədici, Lalə Piriyeva, Gülnar Hüseynzadə, Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsinin  elmi işçisi Afaq Ağazadə, Makroseysmik tədqiqatlar” şöbəsinin kiçik elmi işçisi Fəridə Ağakişiyeva və “Makroseysmik tədqiqatlar” şöbəsinin mühəndisi Qurbanzadə Sərvət  məruzə ilə çıxış ediblər. Sonda RSXM əməkdaşları təşkilatçılar tərəfindən sertifikatla təltif olunublar.

  


AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə