Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM əməkdaşları seminarda iştirak ediblər

20 İyul 2023
RSXM əməkdaşları seminarda iştirak ediblər

 “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” (SNECCA) layihəsində iştirak edən tərəfdaş ölkələrin nümayəndələrinin iştirakı ilə 10-19 iyul 2023-cü il tarixlərində “Seysmik məlumatların keyfiyyətinə nəzarəti təmin etmək” mövzusunda seminar keçirilib. Seminarda AMEA nəzdində RSXM-nin “Zəlzələlərin tədqiqatı bürosu” nun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, rəis müavini Ruqiyyə Kərimova, “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, “Zəlzələlərin tədqiqatı bürosu”nun mühəndis proqramçısı Nail Qazıyev və “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin mühəndis proqramçısı Rəsul Feyzullayev iştirak ediblər.

Seminarın məqsədi IRIS (Seysmologiya üzrə Birləşdirilmiş Tədqiqat İnstitutları) saytında təqdim olunan məlumatların keyfiyyətinin yüksəldilməsi üçün daha ətraflı məşğələlər vermək olub. Seminar EarthScope/IRIS-in əməkdaşları Dr. Mary Templeton, Dr. Gillian Şarer, Kasey Aderhold və Laura Keysen tərəfindən aparılıb.

Təlim zamanı məlumatların keyfiyyətinin qiymətləndirilməsinə giriş, MUSTANG məlumatların keyfiyyətinin təhlili sistemi, məlumatların keyfiyyətinin sürətli təhlilinə yanaşma, MUSTANG veb vizuallaşdırma müştəriləri ilə bağlı problemlərin aradan qaldırılması, QUARG ilə şəbəkə məlumatlarının keyfiyyətinin hesabatı, məlumatların keyfiyyətinin təhlili üçün əlavə vasitələr və s. mövzular müzakirə olunub.

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə