Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM əməkdaşları Respublika konfransında və seminarda iştirak ediblər

20 Dekabr 2023
RSXM əməkdaşları Respublika konfransında və seminarda iştirak ediblər

19-20 dekabr 2023-cü il tarixlərində Bakı Dövlət Universitetində Akademik Vasif Babazadənin 85 illik yubileyinə həsr olunmuş “Geologiya: Nəzəriyyə və Praktikanın Vəhdəti” mövzusunda Respublika Elmi konfransı keçirilib.

Elmi konfransda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli və mərkəzin əməkdaşları iştirak ediblər.

Konfransın açılışında çıxış edən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli akademik Vasif Babazadənin Azərbaycanda geologiya elminin inkişafına böyük töhfələr verdiyini bildirərək, onun 85 illik yubileyini təbrik edib. Vasif Babazadənin onun da müəllimlərindən biri olduğunu qeyd edən professor Qurban Yetirmişli geoloq alimin bütün ömrünü Azərbaycan elminin, təhsilinin inkişafına həsr etdiyini deyib.

Professor Qurban Yetirmişli akademik Vasif Babazadəyə can sağlığı və bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

Konfransın ikinci günündə Maqnitometriya şöbəsinin müdiri vəzifəsini icra edən Nadirşah Xanbabayev “Azərbaycanda yaradılmış geodinamik poliqonlarda aparılmış qravi-maqnitometrik tədqiqatlar və gələcək perspektivlər”, “Seysmoloji və geofiziki tədqiqatların elmi araşdırılması” şöbəsinin aparıcı elmi işçisi Yaqub Əhmədov “Bina və qurğuların seysmik dayanıqlığının bəzi seysmoloji məsələləri haqqında”, “Mühəndis geologiyası və seysmik  mikrorayonlaşdırma” şöbəsinin elmi işçisi Afaq Səmədzadə “Yasamal və Səbail rayonları ərazisində tikinti sahələrinin mühəndisi-geoloji şəraitinin qiymətləndirilməsi və  Geodinamika şöbəsinin mühəndisi Aysel Quluyeva “2018-ci ildə Lerik və Qubada baş vermiş zəlzələlərdən öncə seysmomaqnit effektin dəyişmə xüsusiyyətləri” mövzularında məruzə ilə çıxış ediblər.

Bundan başqa, 19 dekabr 2023-cü il tarixində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Xəzər və dünya akvatoriyasında dinamik neft sızmalarının lokallaşdırılması” mövzusunda keçirilən II beynəlxalq seminarında iştirak ediblər.

Seminarda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin əməkdaşları Arzu Məmmədova "Xəzər dənizinin müasir seysmogeodinamikası", Nərmin Təhlətli isə “Xəzər meqazonasında yerləşən neft qaz yataqlarının geoloji xüsusiyyətləri və yataq ətrafında gərginlik vəziyyətinin qiymətləndirilməsi”  mövzusunda məruzə ilə çıxış ediblər.

RSXM əməkdaşları təşkilatçılar tərəfindən sertifikatla təltif ediliblər.

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə