Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM əməkdaşları mükafatlandırılıblar

18 İyun 2021
RSXM əməkdaşları mükafatlandırılıblar

Azərbaycan Milli Elmlər Akademiyası Neft və Qaz İnstitutunun təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Neft-Qaz problemləri və perspektivləri” mövzusunda keçirilən Respublika elmi-praktiki konfransında iştirak edən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları təltif ediliblər.

 

“Zoom” platforması üzərindən həyata keçirilən konfransda RSXM-nin “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsinin əməkdaşı İlhamə Cəlilova və “Qravimetriya” şöbəsinin əməkdaşı Almaz İsmayılova iştirak ediblər. Hər iki əməkdaş konfransda fəal iştiraka görə AMEA Neft və Qaz İnstitutunun direktoru, akademik Fəxrəddin Qədirov tərəfindən sertifikatla təltif olunublar.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə