Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM əməkdaşları Milli Aerokosmik Agentliyinin yubileyinə həsr olunmuş konfransda iştirak ediblər

13 Dekabr 2024
RSXM əməkdaşları Milli Aerokosmik Agentliyinin yubileyinə həsr olunmuş konfransda iştirak ediblər

11-12 dekabr tarixlərində Milli Aerokosmik Agentliyinin (MAKA) yaranmasının 50 illik yubileyinə həsr olunmuş “Kosmik tədqiqatlar və innovativ texnologiyalar” adlı elmi-texniki konfrans keçirilib. Konfransda iyirmidən çox təşkilatın nümayəndələri iştirak edərək məruzələrlə çıxış ediblər.

Konfransda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktorun İnnovativ layihələr üzrə müavini, siyasi elmlər doktoru Fətəli Abdullayev, "Kompleks tədqiqatların elmi araşdırılması" şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Azad Bayramov və "Geoekologiya" şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov təmsil ediblər. RSXM əməkdaşları konfransda “Süni İntellekt əsasında PUA-dan istifadə etməklə artilleriya atışının məsafədən idarə edilməsi” və “Pilotsuz robototexniki atış qiymətləndirmə kompleksi” adlı mərüzələrlə çıxış ediblər.

RSXM-nin "Kompleks tədqiqatların elmi araşdırılması" şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Azad Bayramov Milli Aerokosmik Agentliyinin fəaliyyəti, burada aparılan elmi-tədqiqat işlərinin əhəmiyyəti haqqında danışıb. Həmçinin konfransda RSXM əməkdaşları tərəfindən təqdim edilmiş məruzələr maraqla qarşılanıb.

RSXM-nin "Geoekologiya" şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov təqdim etdiyi məruzəyə görə sertifikatla təltif edilib. 

Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə