Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM əməkdaşları konfransda iştirak ediblər

28 Dekabr 2024
RSXM əməkdaşları konfransda iştirak ediblər

Dekabrın 28-də Yaşıl Enerjiyə Dəstək Elmi - İnnovativ Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “COP29 Dünyanın Ekoloji Rifah və Sabitlik Platformasıdır” mövzusunda Beynəlxalq Multidissiplinar Konfransı keçirilib. 100-dən çox məruzənin təqdim olunduğu konfransda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları da iştirak ediblər.  

RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova və şöbənin mühəndisi Nərmin Təhlətli konfransda “Azərbaycanda palçıq vulkanları mövcud olan ərazilərdə insanların ekosisteminin yaxşılaşdırılması istiqamətində təkliflər” mövzusunda elmi məruzəni təqdim ediblər.

 

Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə