RSXM əməkdaşları konfransda iştirak ediblər
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan neft strategiyası: neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransda iştirak ediblər.
RSXM-nin “Seysmoloji materialların təhlili və təfsiri” şöbəsinin əməkdaşları Günay Bəkdəmirova,Turan Yusifova və Nərmin Təhlətli konfransda “2010-2020-ci illər ərzində Azərbaycanda palçıq vulkanları ətrafında gərginlik vəziyyətinin qiymətləndirilməsi” adlı tezis təqdim ediblər. Mövzu ilə bağlı mərkəzin “Seysmoloji materialların təhlili və təfsiri” şöbəsinin mühəndisi Nərmin Təhlətli məruzə ilə çıxış edib. Onun təqdim etdiyi məruzə yerli ve xarici qonaqlar tərəfindən maraqla qarşılanıb və məruzə ətrafında geniş müzakirələr aparılıb.