RSXM əməkdaşları KOİCA tərəfindən təltif olunublar
23.06-02.07.2021-ci il tarixində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ( KOİCA) tərəfindən Milli Mülki Müdafiə və İdarəetmə Təbii Fəlakətlər İnstitutunun birgə təşkil etdiyi “Təbii fəlakətlərə dair erkən xəbərdarlıq sistemi” mövzusunda onlayn təlim keçirilib.
Təlimdə AMEA-nın elmi müəssisə və təşkilatlarının, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər. AMEA nəzdində RSXM-i tədbirdə mərkəzin “Geodinamika” şöbəsinin müdiri, geologiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov, “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova və mərkəzin əməkdaşı Lalə Piriyeva təmsil ediblər.
Onlayn təlimin məqsədi, Koreyanın informasiya
texnologiyaları əsasında təbii fəlakətlərin proqnozlaşdırılması və qarşısının
alınması sistemləri üzrə hazırlıq səviyyəsinin artırılması ilə bağlı olub. Təlimin
sonunda iştirakçılara sertifikatlar təqdim
olunub. Təlimdə iştirak edən RSXM əməkdaşları da sertifikatla təltif ediliblər.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi