RSXM əməkdaşları Fransa-Azərbaycan Universitetinin tələbələrinə təlim keçiblər
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ilə Fransa-Azərbaycan Universiteti arasında əldə olunmuş razılaşmaya əsasən, mərkəz əməkdaşları universitetin 4-cü kurs tələbələrinə geofiziki cihazlardan istifadə və həmin cihazlarla aparılan tədqiqatlar zamanı alınmış məlumatların emal edilməsinə dair təlim keçiblər.
Qobu ərazisində seçilmiş poliqonda təlimi RSXM-nin “Makroseysmik tədqiqatlar” şöbəsinin müdiri, g.-m. üzrə f.d., dosent Etibar Qaravəliyev , “Qravimetrik tədqiqatlar” şöbəsinin müdiri Elçin Bağırov, “Maqnitometriya” şöbəsinin böyük elmi işçisi Nadirşah Xanbabayev və şöbənin əməkdaşı Mahir Zeynalov keçiblər.
Beş gün davam edən təlimdə, həmçinin Fransanın Strasburq Universitetinin əməkdaşları Maksim Bano GPR, Sheldon Warden Elektrik və Elertomaqnit tədqiqat işləri üzrə təlim kurslarını təqdim ediblər.
Çöl işləri tələbələrin marağına səbəb olduğundan onlar bakalavr buraxılış işlərinin AMEA nəzdində RSXM-dən götürmək istədiklərini bildiriblər.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi