RSXM əməkdaşları Fəxri Fərmanla təltif ediliblər
Dünyada yayılmış koronavurusla bağlı kütləvi tədbirlərin təxirə salınması ilə əlaqədar olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə mərkəz rəhbərliyi tərəfindən təltif olunan əməkdaşlarının Fəxri Fərmanları, eləcə də Gənc Alim və Mütəxəssislərin II Beynəlxalq Elmi konfransında iştirak edən 11 gənc əməkdaşın sertifikatları təqdim edilib.
Məhdud çərçivədə keçirilən tədbirdə AMEA nəzdində RSXM-nin “Seysmoloji materialların təhlili və təfsiri” şöbəsinin əməkdaşı Mehrac Məmmədovanın 70 illik yubileyi də qeyd edilib. Mehrac Məmmədovanın 40 ildən artıqdır ki, seysmologiya sahəsndə çalışdığını bildirən RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli onun hər zaman öz işinin öhdəsndən gəldiyini, kollektiv arasında hörmət qazandığını deyib. Mehrac Məmmədovanı təbrik edən baş direktor ona can sağlığı və gələcək işlərində uğurlar arzulayıb.
Novruz bayramı ərəfəsində Mərkəz əməkdaşlarının çoxsaylı təltiflər almasını təqdirəlayiq hal hesab edən RSXM-nin baş direktoru deyib ki, dünyada pandemiyaya çevrilən koronavirusla bağlı Azərbaycan höküməti tərəfindən vətəndaşların virusdan qorunması ilə bağlı bütün lazımi tədbirlərin görülür. RSXM əməkdaşlarını verilən tövsiyyələrə əməl etməyə çağıran Qurban Yetirmişli həmçinin qarşıdan gələn Novruz bayramı münasibəti ilə də kollektivə təbriklərini və xoş arzularını çatdırıb.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi