RSXM əməkdaşları beynəlxalq layihə çərçivəsində treninqdə iştirak ediblər
21-24 mart tarixlərində “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” (Seismic Network Expasion in the Caucasus and Central Asia ) layihəsi çərçivəsində tərəfdaş ölkələrin nümayəndələrinin iştirakı ilə SeisComp Kursu çərçivəsində treninq keçirilib.
Onlayn şəkildə keçirilən treninqdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələlərin tədqiqatı bürosu”nun rəis müavini Ruqiyyə Kərimova, büronun əməkdaşları - Yeganə Muradova, Nail Qazıyev, Tahir Ismayılov, Güllü Məhərrəmova, “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, şöbənin əməkdaşı Gülnar Hüseynzadə və “Seysmoloji materialların təhlili və təfsiri” şöbəsinin əməkdaşı Nərmin Təhlətli iştirak ediblər.
Təlimdə SeysComP4 proqramına giriş kursu təqdim olunub. Proqramda seysmik stansiya məlumatlarının yüklənməsi, seysmik məlumatların ixrac və idxalı və s. kimi məsələlər əksini tapıb.
Qeyd edək ki, tərəfdaş ölkələrin nümayəndələri arasında növbəti müzakirələrin bu ilin may ayında keçirilməsi nəzərdə tutulur.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi