Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

18 Oktyabr 2024
RSXM əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

14-18 oktyabr 2024-cü il tarixlərində Mexiko Milli Muxtar Universitetinin Mühəndislik Məktəbində 9-cu Beynəlxalq İnteraktiv Kollaborativ Robototexnika Konfransı (9th International Conference on Interactive Collaborative Robotics - ICR 2024) keçirilib.

Konfransda sənaye, sosial, tibb, təhsil və digər sahələrdə insanlarla robotlar arasında  yaranan problemlər müzakirə edilib. Müzakirələr zamanı daxili sensor şəbəkələri və bulud xidmətləri ilə təchiz edilmiş əməliyyat mühitində, qeyri-müəyyənlik və ətraf mühitin dəyişkənliyi şəraitində insanlarla fiziki qarşılıqlı əlaqə zamanı bir və ya bir neçə robotun birgə davranışının əsasları və vasitələri  əsas mövzular olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları - baş direktorun İnnovativ layihələr üzrə müavini, siyasi elmlər doktoru Fətəli Abdullayev, "Kompleks tədqiqatların elmi araşdırılması" şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Azad Bayramov və "Geoekologiya" şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Samir Süleymanov konfransa online platformadan qoşularaq müzakirələrdə iştirak ediblər. 

RSXM əməkdaşları konfransda Süni intellekt texnologiyalarına əsaslanan robotik PUA idarəetmə sistemi ( “The robotic control system of UAV based on artificial intelligence technologies”) məruzəsini təqdim ediblər.

Qeyd edək ki, təqdim edilmiş məruzə 2024-cü ildə Springer tərəfindən “Süni intellektdə mühazirə qeydləri” kitab seriyasının ingilis dilində “İnteraktiv əməkdaşlıq robotları” əsərlər toplusunda dərc edilib.

         

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə