RSXM əməkdaşları BDU-da Geologiya-Coğrafiya fakültəsinin yaradılmasının 80 illik yubileyinə həsr olunmuş Respublika Elmi konfransında iştirak ediblər
Dekabrın 17-də Bakı Dövlət Universitetində Geologiya-Coğrafiya fakültəsinin yaradılmasının 80 illik yubileyinə həsr olunmuş “Geologiya-Coğrafiya 80: nailiyyətlər və innovativ inkişaf istiqamətləri” mövzusunda Respublika Elmi Konfransının açılış mərasimi olub.
Konfransın açılış mərasimində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli çıxış edib.
Qeyd edək ki, iki gün davam edəcək konfransa RSXM-nin əməkdaşları tərəfindən elmi məruzələr və tezislər təqdim olunub. Konfransın birinci günündə AMEA nəzdində RSXM-nin əməkdaşları adları aşağıda göstərilən məruzələrini təqdim ediblər: “2003-2024-cü illərdə Qafqaz regionunun seysmotektonik aktivliyi” (Müəlliflər: Q.Yetirmişli, A.Məmmədov, S. Kazımova, S. İsmayılova, Ş. İslamova), “Mingəçevir SES seysmikliyi və seysmik təhlükə” (Müəlliflər: Q.Yetirmişli, A.Məmmədov, S. Kazımova, S. İsmayılova, Ş. İslamova), “Bəzi geodinamik amillərin radon emissiyasına təsirinin tədqiqi” (Müəlliflər: A.Bayramov, F.Abdullayev, S.Süleymanov), “Böyük Qafqazın cənub yamacında aktiv geodinamik proseslərin qiymətləndirilməsi” (Müəlliflər: E.Bağırov, A.İsmayılova), “Regionun seysmikliyi ilə yeraltı radon emissiyasının dinamikası arasında korrelyasiyanın tədqiqi” (Müəlliflər:A. Bayramov, L. İbrahimova), "Xətai rayonu ərazisində hidrogeoloji və mühəndisi-geoloji tədqiqatlar" (Müəlliflər: E.Qaravəliyev, L.Fəttahova, İ.Cəlilova, F.Mehdizadə).
Konfrans bu gün də öz işini davam etdirir.