Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM əməkdaşları “4Sİ Akademiyası” layihəsi çərçivəsində 48 sertifikat qazanıblar

11 Yanvar 2024
RSXM əməkdaşları “4Sİ Akademiyası” layihəsi çərçivəsində 48 sertifikat qazanıblar

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin ABŞ-ın “Coursera” şirkəti ilə əməkdaşlığı çərçivəsində AMEA-nın Elektron Akademiya şöbəsinin təşkilatçılığı ilə “4Sİ Akademiyası” layihəsi çərçivəsində keçirilən təlimlər başa çatıb.

Təlimlərdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin beş əməkdaşı - İnsan resursları şöbəsinin müdiri Fəridə Axundova, Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı, şöbənin böyük elmi işçisi Altay Cəfərov və redaktoru Nuranə Məmmədova, Sənədlərlə iş şöbəsinin əməkdaşı Ruqiyyə Hüseynova iştirak ediblər.

RSXM əməkdaşları “4Sİ Akademiyası” layihəsi çərçivəsində Süni intellekt, İnsan resurslarının idarəedilməsi, Strateji idarəetmə, Süni intellektin etikası və tətbiqi nəticəsində yarana biləcək hüquqi məsələlər, İnnovasiya üçün dizayn, Uğurlu təqdimat, Aparıcı Komandalar: Effektiv Komanda Mədəniyyətlərinin Yaradılması, Vasitəçilik və Münaqişələrin Həlli, Proqram Prosesləri və Çevik Təcrübələr, Hekayənin izahı və təsir: Təsirlə ünsiyyət, Google Slides ilə məlumatlandırıcı təqdimatlar, Tədqiqat Dizaynı:Sorğu və Kəşf, Facebook Marketinqi ilə Biznes Mövcudluğunun qurulması, Multimedia Texnologiyaları,  İnnovasiyaların İdarə Edilməsi, Beynəlxalq təşkilatların idarə edilməsi, Beynəlxalq Biznes üçün İdarəetmə Bacarıqları, HTML5-ə giriş, Canva istifadə edərək Peşəkar təqdimatın yaradılması, Eksperimental Dizayn Əsasları,  İnformasiya Savadlılığı, Maşın Öyrənmə Əsasları: Case Study yanaşması, Cavab verən Vebsayt Əsasları: HTML, CSS və JavaScript ilə kod, Business Model Canvas ilə yeniliklər və s. istiqamətlərdə kurslar oxuyaraq sertifikatlar qazanıblar. Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı kurs çərçivəsində 3 istiqamətdə: hüquq və beynəlxalq hüquq müstəvisində təşkilatlararası əməkdaşlıq, Heyətin idarəedilməsi, Mediasiya və resurslarının idarə olunması, Elektron xidmətlərin tətbiqi, innovasiya və təqdimatlar; Elekltron xidmətlərin təşkili, təqdimat və proqram təminatı sistemi, Media təqdimatı, sosial media və marketinq; Süni intellektin tətbiq sahələri, üstünlükləri, yarada biləcəyi hüquqi məsələlər mövzuları üzrə dünyanın top beşliyinə daxil olan aparıcı universitetlərində “Management Skills for International Business” (London Universiteti), “International Organizations Management” (Cenevrə Universiteti), “Innovation Management” (Erasmus Universiteti), “Internet of Things: Multimedia Technologies” (Kaliforniya San Diyeqo Universiteti), Speaking Skills for University Success (Kaliforniya İrvin Universiteti-iki sertifikat), “Writing Winning Resumes and Cover Letters” (Maryland Universiteti), “Ethics of Artificial Intelligence” (Milano Politexnik Universiteti - iki sertifikat), Preparing to Manage Human Resources (Minnesota Universiteti), “Successful Presentation” (Kolorado Boulder Universiteti), “Design Thinking for Innovation” (Virciniya Universiteti – iki sertifikat ), “Leadership Through Social Influence” (ABŞ Şimal-Qərb Universiteti), “Organizational Behavior: How to Manage Peopl” (Navvara Universiteti IESE Biznes Məktəbi), “Strategic Management” (Kopenhagen Biznes məktəbi), “Influencing People” (Miçiqan Universiteti), Adaptability and Resiliency (Kaloforniya Davis Universiteti), “Storytelling and influencing: Communicate with impact” (Macquarie Universiteti), “Software Processes and Agile Practices” (Alberta Universiteti), “Mediation and Conflict Resolution” (ESSEC Busibes məktəbi), “Job Success: Get Hired or Promoted in 3 Steps” (Nyu-York Dövlət Universiteti),  Research Design: Inquiry and Discovery (Şimali Texas Universiteti), Intercultural Management (ESCP Biznes məktəbi),Leading Teams: Building Effective Team Cultures” (Urbana-Champaign-də İllinoys Universiteti) və layihə proqramları üzrə 32 sertifikat qazanıb.

Elektron Xidmətlər şöbəsinin redaktoru Nuranə Məmmədova “Innovating with the Business Model Canvas” (Virciniya Universiteti), “Responsive Website Basics: Code with HTML, CSS, and JavaScript” (London Universiteti), Successful Presentation (Kolorado Boulder Universiteti), Machine Learning Foundations: A Case Study Approach (Vaşinqiton Universiteti), “Basic Information Literacy” (Nyu-York Dövlət Universiteti), "Experimental Design Basics" (Arizona Dövlət Universiteti), “Introduction to HTML5” (Miçiqan Universiteti) və layihə proqramları çərçivəsində on sertifikat qazanıb.

Sənədlərlə iş şöbəsinin əməkdaşı Ruqiyyə Hüseynova “Learning How to Learn: Powerful mental tools to help you master tough subjects”, “AI for Everyone”, “Introduction to Generative AI” Coursera layihələri üzrə üç sertifikat, İnsan resursları şöbəsinin müdiri Fəridə Axundova “AI for Everyone” layihəsi və “Preparing to Manage Human Resources” (Minnesota Universiteti) iki sertifikat, Elektron xidmətlər şöbəsinin böyük elmi işçisi Altay Cəfərov isə “AI for Everyone” layihəsi üzrə bir sertifikat qazanıb.

Ümumilikdə RSXM əməkdaşları “4Sİ Akademiyası” layihəsi çərçivəsində 48 sertifikat qazanıblar.

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə