RSXM əməkdaşının 70 illik yubileyi qeyd olunub
Sentyabrın 7-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində “Geofiziki tədqiqatlar və süni intellekt” şöbəsinin baş elmi işçisi İsmayıl Hüseynovun 70 illik yubileyi qeyd olunub.
RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli yubiliyarın həyat və fəaliyyəti haqqında danışaraq, ona ən xoş arzularını çatdırıb.
Tədbirdə İsmayıl Hüseynova 70 illik yubileyi münasibəti ilə AMEA nəzdində RSXM-nin Fəxri Fərmanı təqdim olunub.
İsmayıl Hüseynov göstərilən diqqətə görə RSXM-nin rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib.