RSXM əməkdaşı konfransda iştirak edib
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsinin elmi işçisi İlhamə Cəlilova 16-17 dekabr tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə keçirilən "Konstitusiya və Suverenlik ili"nə həsr olunmuş "Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransında (NASCO XXVIII)" iştirak edib.
Mərkəz əməkdaşı konfransda “Nərimanov rayonunda mühəndisi - geoloji tədqiqatların aparılmasına şərait yaradan faktorlar” mövzusunda poster təqdimatla çıxış edərək iştirakçıları maraqlandıran sualları cavablandırıb.
İlhamə Cəlilova sonda konfransın təşkilat komitəsi tərəfindən sertifikatla təltif edilib.