RSXM əməkdaşı BDU-da keçirilən elmi seminarda çıxış edib
Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında 27 Mart - “Elm gününə” həsr olunmuş elmi seminar keçirilib.
Seminarda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsinin elmi işçisi və BDU Geologiya fakültəsinin “Seysmologiya va Yer təkinin fizikası”kafedrasının qiyabi doktorantı İlhamə Cəlilova "Mühəndisi-geoloji şəraitin seysmikliyə təsiri (Nərimanov rayonu timsalında)" mövzusunda məruzə ilə çıxış edib.
Seminarda fakültənin professor-müəllim heyəti, doktorantlar, magistrantlar və tələbələr iştirak etmiş, mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.