Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-də yubiley tədbiri keçirilib

20 Oktyabr 2025
RSXM-də yubiley tədbiri keçirilib

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Qravimetriya” şöbəsinin böyük elmi işçisi Mahirə Tağıyevanın 70 illik yubileyi qeyd olunub. AMEA  nəzdində RSXM-nin  baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Mahirə Tağıyevanın mərkəzdəki fəaliyyətindən danışaraq onun  məsuliyyətli bir işçi kimi  kollektivin hörmətini qazandığını bildirib.

Baş direktor Mahirə Tağıyevanı 70 illik yubileyi münasibəti ilə təbrik edərək, ona can sağlığı və fəaliyyətində uğurlar arzu edib.

Mahirə Tağıyeva mərkəz rəhbərliyinə göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Sonda yubilyar mərkəz rəhbərliyi tərəfindən “Fəxri Fərman”la təltif olunub.

Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə