Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-də YAP Yasamal rayon təşkilatının iclası keçirilib

16 Dekabr 2021
RSXM-də YAP Yasamal rayon təşkilatının iclası keçirilib

Dekabrın 16-da Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İlk Ərazi təşkilatının iclası keçirilib. İclasda çıxış edən AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın  müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində yenicə müstəqillik əldə edən Azərbaycan xalqı bir sıra ağır sınaqlara məruz qalıb. Həmin dövrdə  ayrı-ayrı siyasi qrupların çəkişmələri ölkə daxilində siyasi xaos yaratmışdı. Bunun nəticəsi idi ki, Qarabağda baş qaldıran erməni separatçıları öz havadarları sayəsində Azərbaycan ərazilərini işğal edirdi. Belə bir zamanda Azərbaycan xalqının gələcəyi və ölkənin qurtuluşu üçün tək yol Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı idi. 

                  

Çıxışı zamanı Azərbaycan ziyalılarının Ulu Öndər H.Əliyevə müraciəti ilə bağlı danışan baş direktor Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması və partiyanın keçdiyi inkişaf yolu haqqında da fikirlərini bölüşüb. “Ulu Öndərimiz demişdir ki, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”.

Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin YAP-ın sədri olduğunu qeyd edən professor Qurban Yetirmişli Möhtərəm Prezidentimizin rəhbərliyi altında ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatlar, partiya quruculuğu sahəsində olan yeniliklərdən də danışıb. Həmçinin o qeyd edib ki, işğal altında olan torpaqlarımız da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşməndən azad olunub. Azərbaycan xalqının birliyi və öz Prezidenti ətrafında bir yumruq kimi birləşməsi müharibədə Zəfərin əldə olunması ilə nəticələndi.

              

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev öz çıxışında AMEA nəzdində RSXM-nin İlk Ərazi təşkilatının fəaliyyəti haqqında danışıb. RSXM-nin İlk Ərazi təşkilatının fəaliyyətini yüksək qiymətləndirən YAP Yasamal rayon təşkilatının sədri YAP-ın VII qurultayında partiyanın yeni Nizamnaməsinin qəbul edildiyini və həmin Nizamnaməyə əsasən təşkilat daxilində dəyişikliklərin aparıldığını qeyd edib.

             

İclasda YAP Yasamal rayon təşkilatının AMEA nəzdində RSXM-nin İlk Ərazi təşkilatına yeni sədr və sədr müavini seçkisi keçirilib.

RSXM-nin baş direktorunun müavini Ramiz İsgəndərov İlk Ərazi təşkilatının sədri vəzifəsinə mərkəzin baş direktoru Qurban Yetirmişlinin namizədliyini irəli sürüb. RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli yekdilliklə RSXM-nin İlk Ərazi təşkilatının sədri seçilib.

İlk Ərazi təşkilatına sədr müavini kimi RSXM-nin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızının namizədliyi irəli sürülüb və səsvermə nəticəsində Vüsalə Rafiqqızı RSXM-nin İlk Ərazi təşkilatının sədr müavini seçilib.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi 

 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə