Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-də seysmik stansiyaların rəhbərlərinin iştirakı ilə iclas keçirilib

21 Dekabr 2023
RSXM-də seysmik stansiyaların rəhbərlərinin iştirakı ilə iclas keçirilib

Dekabrın 21-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) seysmik stansiya rəhbərləri və əməkdaşlarının iştirakı ilə iclas keçirilib.

RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, iclasın keçirilməsində əsas məqsəd 2023-cü il ərzində seysmik stansiyalar tərəfindən görülmüş işlərin müzakirə olunması, eləcə də stansiyaların əməkdaşlarının cihaz və avadanlıqların iş prinspi ilə bağlı texniki məlumatlandırılmasına dair treninqin keçirilməsidir.

2023-cü ildə Azərbaycan ərazisində baş verən zəlzələlər haqqında danışan baş direktor bildirib ki, seysmik stansiyalar “real vaxt” rejimində işlədiyinə görə stansiyalar tərəfindən qeydə alınan məlumatlar birbaşa Zəlzələlərin tədqiqatı bürosuna ötürülür və bundan sonra emala yönəldilir.

Baş direktor Qurban Yetirmişli həmçinin iş prosesində ortaya çıxa biləcək hər hansı texniki problemlərin qarşısının alınması üçün əvvəlcədən zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıb və Azərbaycan seysmoloqlarının qarşısında duran vəzifələr haqqında da danışıb.

Mərkəzin Qarabağda da seysmik tədqiqatlara başlayacağını qeyd edən baş direktor Şuşa seysmik stansiyasının quraşdırılması istiqamətində texniki işlərin davam etdirildiyni vurgulayıb.

2024-cü ilin fevral ayının 7-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçiriləcəyini deyən professor Qurban Yetirmişli Azərbaycan seysmoloqlarının birmənalı şəkildə Möhtərəm Prezident İlham Əliyevin namizədliyini dəstəklədiyini qeyd edərək, bütün əməkdaşları seçkilərdə aktiv olmaga çağırıb. 7 fevral növbədənkənar prezident seçkilərinin Zəfər seçkisi olacağını bildirən baş direktor seçkilərin bütöv Azərbaycan ərazisində, Qarabağda da keçiriləcəyini deyib. RSXM-nin baş direktoru hər birimizin yaşadığımız Şanlı Qələbəyə görə Cənab Ali Baş Komandan, Möhtərəm Prezidentimiz İlham Əlyevə, Azərbaycan ordusunun əsgər və zabitlərinə, şəhidlərimizə və qazilərmizə minnətdar olduğumuzu  bildirib.

İclasda RSXM-nin baş mühəndisi Ramiz İskəndərov seysmik stansiyalarda görülmüş texniki işlər, aparılmış tikinti-təmir işləri haqqında məlumat verib. Həmçinin Zəlzələlərin tədqiqatı bürosunun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova və seysmik stansiyaların rəhbərləri çıxış edərək görülmüş işlərlə bağlı fikir və təkliflərini bildiriblər.

Qeyd edək ki, seysmik stansiyaların rəhbərləri və əməkdaşları üçün keçirilən treninq dekabrın 22-də başa çatacaq.

 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə