RSXM-də Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin əməkdaşları ilə görüş keçirilib
Dekabrın 5-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində S. Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin əməkdaşları ilə görüş keçirilib.
Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, S. Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin “Geologiya və Karbohidrogen yataqlarının kəşfiyyatı” kafedrasının müdiri, Rusiya Federasiyasının əməkdar geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor Vaqif Kərimov, “Karbohidrogen yataqlarının geologiyası və kəşfiyyatı” kafedrasının dosenti, texnika elmləri doktoru Ulyana Serikova, “Karbohidrogen yataqlarının geologiyası və kəşfiyyatı” şöbəsinin dosenti Rüstəm Mustayev, şöbənin baş müəllimi Sənan Quryanov, böyük elmi işçisi, dosent Yelena Lavrenova, elmi işçisi Aleksey Qorbunov, RSXM-nin müvafiq şöbələrin rəhbərləri və əməkdaşları iştirak ediblər.
Görüşdə RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-minerologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova mərkəzdə aparılan kompleks seysmoloji-geofiziki və alınmış nəticələr haqqında danışıb.
Görüşdə Xəzər dənizində son illər baş verən zəlzələlər, hazırda ölkə ərazisindəki seysmik vəziyyət və birgə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə də aydınlıq gətirilib.
Daha sonra qonaqlarla xatirə şəkli çəkilib.