RSXM-də Respublika Günü qeyd edilib
28 may – Respublika Günü münasibəti ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində tədbir keçirilib. Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli tədbirdə çıxış edərək, 1918-ci ildə Azərbaycan Demokratik Cumhuriyyətinin qurulmasıdan, həmin dövrdə dünyada və bizim regionda olan mürəkkəb siyasi vəziyyət haqqında danışıb.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın parçalanmaq təhlükəsinin yarandığını qeyd edən baş direktor Ulu Öndər Heydər Əliyevin ölkəmizi bu fəlakətlərdən qurtardığını və müasir Azərbaycanın qurucusu olduğunu qeyd edib. Daha sonra RSXM-nin Gənc Alim və Mütəxəssislər Şurasının üzvüləri və “Tədris” şöbəsinin əməkdaşları bayram münasibəti ilə hazırladıqları səhnələri təqdim edblər.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi