Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-də Novruz bayramı münasibəti ilə tədbir keçirilib

18 Mart 2024
RSXM-də Novruz bayramı münasibəti ilə tədbir keçirilib

Martın 18-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində mərkəzin Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Novruz bayramı münasibəti ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Novruz bayramının Azərbaycan xalqının ən gözəl bayramlarından biri olduğunu, bu bayramın özündə bir sıra milli-mənəvi dəyərlərimizi daşıdığını və nəsillərdən-nəsillərə ötürüldüyünü qeyd edərək bütün Azərbaycan xalqını və mərkəz əməkdaşlarını bayram münasibəti ilə təbrik edərək, hər kəsə xoş arzularını çatdırıb.

Bu ilki bayramın ilk dəfə tam şəkildə bütün ərazilərimizdə qeyd olunduğunu bildirən baş direktor torpaqlarımızın işğaldan azad edilməsinə görə Azərbaycan xalqının hər bir nümayəndəsinin Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Müzəffər Azərbaycan ordusuna, əsgər və zabitlərimiziə, şəhidlərimizə və qazilərimizə minnətdar olduğunu deyib.

“Bu gün Azərbaycanın hər yerində Azərbaycan bayrağı dalğalanır. Şuşada, Xankəndidə, Xocalıda, Laçında və digər şəhər və rayonlarımızda, kəndlərimizdə Novruz tonqalları alovlandırılır. Yurdumuza baharın ilk müjdəçisi olan Novruz bayramı gəlir. Ocağımız həmişə gur yansın, xalqımız bundan sonra bir də faciələr, acılı, kədərli hadisələr yaşamasın” - deyən baş direktor Qarabağda aparılan quruculuq-abadlıq işləri haqqında da danışıb.

Professor Qurban Yetirmişli sonda bütün Azərbaycan xalqını təbrik edərək, Novruz bayramının xalqımıza firavanlıq və xoş günlər gətirməsini arzu edib.

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə