Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-də növbəti dəfə dezinfeksiya işləri aparılıb

25 Avqust 2021
RSXM-də növbəti dəfə dezinfeksiya işləri aparılıb

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində koronavirusun (Covid-19) yayılmasının qarşısının alınması, müəssisə işçilərinin sağlamlığı və təhlükəsizliyinin qorunması məqsədilə mütəmadi olaraq sanitar-dezinfeksiya və digər qabaqlayıcı tədbirlər həyata keçirilir. Bu məqsədlə avqustun 25-də RSXM-də növbəti sanitar-dezinfeksiya işləri aparılıb.

Eyni zamanda mərkəzin əməkdaşlarına Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilən tələb və qaydaların təmin olunması, sosial məsafənin qorunması, tibbi maskalardan istifadənin vacibliyi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

Mərkəzin İnformasiya şöbəsi tərəfindən əməkdaşlar arasında mütəmadi olaraq, dünyada və ölkəmizdə pandemiyanın hazırkı səviyyəsi, virusun insan sağlamlığına və həyatına yaratdığı təhlükə, ciddi karantin rejiminin qayda və tələblərinə əməl olunması ilə bağlı maarifləndirmə işləri aparılır.

 AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi  

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə