Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-də Kocaeli Universitetinin professoru ilə görüş keçirilib

16 Aprel 2024
RSXM-də Kocaeli Universitetinin professoru ilə görüş keçirilib

Aprelin 16-da Türkiyənin Kocaeli Universitetinin İnşaat bölümünün rəhbəri, professor Tekin Yeken AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə görüşüb.

Görüşdə RSXM-nin baş direktorunun elmi işlər üzrə müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, BDU-nun Seysmologiya və Yer təkinin fizikası kafedrasının müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Əvəz Məmmədov və mərkəzin müvafiq şöbələrinin rəhbərləri iştirak ediblər.

Görüş zamanı tərəflər AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi, Kocaeli Universiteti və BDU-nun Seysmologiya və Yer təkinin fizikası kafedrası arasında əməkdaşlıq, birgə elmi tədqiqatların aparılması və elmi layihələrdə iştirakla bağlı məsələləri müzakirə ediblər.

Kocaeli Universiteti ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi arasında çox yaxşı ikitərəfli əməkdaşlıq olduğunu qeyd edən RSXM-nin baş direktoru Qurban Yetirmişli birgə elmi tədqiqatlar aparılması üçün geniş imkanların olduğunu qeyd edib. O, həmçinin bir müddət əvvəl mərkəzin iki əməkdaşının Kocaeli Universitetində təcrübə keçdiklərini deyərək, qarşılıqlı təcrübə mübadiləsinin kadr potensialının artırılması, eləcə də yeni metodların öyrənilməsi və tətbiqi baxımından faydalı olduğunu bildirib.

BDU-nun Seysmologiya və Yer təkinin fizikası kafedrasının müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Əvəz Məmmədov da birgə elmi tədqiqatların aparılması, eləcə də kadrların hazırlığı baxımından qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətli olduğunu vurğulayıb.

Kocaeli Universitetinin İnşaat bölümünün rəhbəri, professor Tekin Yeken isə üçtərəfli əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edərək, keçirilən görüşün tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsi baxımından faydalı olacağına əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə də aydınlıq gətirilib.

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə