RSXM-də ixtisas və xarici dil kursları başlayıb
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində kadrların peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı ixtisas və xarici dil kurslarında (ingilis dili, rus dili) dərslərə yenidən start verilib.
Tədris prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və qaydalarına uyğun, sanitar-epidemioloji tələblərə əməl edilməklə təşkil olunur.
Kurslarda RSXM-nin gənc mütəxəssisləri, magistratura və doktoranturada təhsil alan əməkdaşları iştirak edirlər.
Tədris prosesinin sonunda müvafiq kurslarla bağlı imtahanlar keçirilir. Əməkdaşların ixtisas və xarici dillər üzrə bilik səviyyələri qiymətləndirilir.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi