RSXM-də iclas keçirilib
Aprelin 6-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində iclas keçirilib. İclasda Mərkəzin “Geofiziki tədqiqatlar və süni intellekt” şöbəsinin müdiri vəzifəsini icra edən, fizika-riyaziyyat elmləri doktoru, professor Azad Bayramov Elmi-tədqiqat fəaliyyətinin inkişafında verdiyi mühüm töhfələrə və 2025-ci il ərzində Mərkəzin əməkdaşları arasında ən çox məqalə və tezislərin müəllifi kimi AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli tərəfindən “Fəxri Fərman”la təltif edilib.
İclasda həmçinin Azad Bayramova Media Araşdırma Mərkəzi və Azərbaycan KİVİHİ tərəfindən Azərbaycanda elm və təhsil sahəsindəki səmərəli fəaliyyətinə görə “Şərəfli ömür yolu” mükafatı təqdim edilib. Hər iki mükafat A.Bayramova RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli tərəfindən təqdim edilib. A.Bayramovun RSXM-də aparılan elmi tədqiqat işlərində yaxından iştirak etdiyini bildirən professor Qurban Yetirmişli onu hər iki təltiflə bağlı təbrik edərək, gələcək fəaliyyətində uğurlar arzu edib.