Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-də hərbiləşdirilməmiş mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə müdafiə məşqi keçirilib

1 Fevral 2024
RSXM-də hərbiləşdirilməmiş mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə müdafiə məşqi keçirilib

Fevralın 1-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində hərbiləşdirilməmiş mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə müdafiə məşqi keçirilib.

Məşqə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Mülki müdafiə qərargahı və Mülki müdafiə qüvvələrinin heyəti cəlb olunub.

“Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qüvvələrinin hazırlığının yoxlanılması” mövzusunda keçirilən tədbirin məqsədi “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin yerinə yetirilməsi, RSXM-nin Mülki müdafiə sənədlərinin tələbinə uyğunluğunun, rabitə və xəbərdarlıq sisteminin hazırlığının, fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsi üzrə Mülki müdafiə qüvvələrinin hazırlığının yoxlanılması, aşkar olunmuş çatışmazlığının aradan qaldırılmasıdır.

Bundan başqa, məşq zamanı fövqəladə hadisələrin nəticələrini aradan qaldırarkən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili məqsədilə Mülki müdafiə qüvvələrinin ştat strukturunun, təchizatının və funksional vəzifələrin dəqiqləşdirilməsi  izah olunub. 

RSXM-nin icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov tədbirdə çıxış edərək Azərbaycanda Mülki Müdafiə sahəsində görülən işlərdən danışıb. Rauf Muradov hadisələrdən və təbii fəlakətlərdən heç kimin sığortalanmadığını qeyd edərək, mülki müdafiə tədbirlərinin görülməsinin zəruriliyindən danışıb.

RSXM-nin Mülki Müdafiə Qərargahının rəisi Azad Rzayev tədbir iştirakçılarına məşqin keçirilməsinin əhəmiyyətindən, xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılmasından, eləcə də məşq zamanı ortaya çıxa biləcək çatışmazlıqların aradan qaldırılması istiqamətində görüləcək işlərdən danışıb. Azad Rzayev fövqəladə hadisə zamanı xəbərdarlıq siqnalını aldıqda  hərbiləşdirilməmiş  dəstələrin şəxsi heyətinin davranış  qaydaları təcrübəsini artırmaq, bacarıqlarını təkmilləşdirmək və bununla əlaqədar əməkdaşların məlumatlı olmalarının vacibliyini vurğulayıb.

Daha sonra AMEA Rəyasət Heyətinin Mülki Müdafiə qərargahının rəisi Oqtay Fərzəliyev çıxış edərək təbii və texnogen səbəblərdən baş verən fövqəladə hadisələr və onlarla mübarizə imkanlarından danışıb.

Tədbir iştirakçıları fövqəladə hallar zamanı rəhbər heyətin kollektivlə qarşılıqlı fəaliyyəti barədə də məlumatlandırılıblar. Məşq zamanı mülki müdafiə tədbirlərini özündə əks etdirən plan da dəqiqləşdirilib.

Sonda mövzuya dair təlimat xarakterli videomateriallar nümayiş etdirilib.

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə