Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM - də Həmkarlar Təşkilatının iclası keçirilib

8 Aprel 2024
RSXM - də Həmkarlar Təşkilatının iclası keçirilib

Aprelin 8-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Həmkarlar Təşkilatının 26.10.2019-08.04.2024-cü illər üzrə hesabat - seçki iclası keçirilib. İclasda AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, mərkəzin müvafiq şöbələrinin rəhbərləri və  əməkdaşları iştirak ediblər. 

İclasa sədrlik edən AMEA nəzdində RSXM-nin baş direktorunun ümumi məsələlər üzrə müavini Ramiz İskəndərov gündəliyi elan etdikdən sonra mərkəzin Həmkarlar Təşkilatının sədri, "Makroseysmik tədqiqatlar" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev son beş ildə Həmkarlar Təşkilatı tərəfindən görülən işlər haqqında məlumat verib.

RSXM-nin Həmkarlar Təşkilatının Nəzarət-Təftiş komissiyasının hesabatını komissiyanın katibi Nigar Muxtarova təqdim edib. Daha sonra Həmkarlar Təşkilatına yeni sədr və üzvlərin seçkisi keçirilib. Açıq səsvermə nəticəsində Etibar Qaravəliyev yenidən Həmkarlar Təşkilatının sədri, mərkəzin əməkdaşları - Rauf Muradov, Bəxtiyar Xanputov, İlhamə Cəlilova, Gülnarə Alxanova, Elman Sarıyev, Səadət Quliyeva, Nuranə Məmmədova və Şirin İslamova komitə üzvləri seçiliblər. RSXM-nin baş direktorunun elmi məsələlər üzrə müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradova Nəzarət-Təftiş komissiyasının sədri, “Mühasibat” şöbəsinin iqtisadçısı Nigar Muxtarova isə katibi seçilib.

İslasda çıxış edən AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov akademiyanın Həmkarlar İttifaqı sistemində aparılan islahatlar, qarşıda duran vəzifələr və görüləcək işlər haqqında danışıb.

AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Həmkarlar Təşkilatının işçilərin təşəbbüsü ilə yaradılan və onların hüquqlarını müdafiə edən təşkilat olduğunu qeyd edərək, Həmkarlar Təşkilatının işçilərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində fəaliyyətini daha da aktiv olmasının zəruriliyini vurğulayıb.

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə