RSXM-də gənc mütəxəssislərin hazırlıq səviyyəsi yoxlanacaq
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurası və “Tədris” şöbəsinin təşkilatçılığı ilə gənc kadrların peşə hazırlığının artırılması istiqamətində keçirilən kurslarla bağlı tədbir keçirilib. Tədbirdə çıxış edən RSXM-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Afaq Ağazadə bildirib ki, tədbirin keçirilməsində məqsəd Mərkəzdə tədris prosesinə cəlb olunmuş gənc kadrların imtahan prosesinə hazırlıq məqsədi daşıyır. Tədbirdə keçirilən kurslarda tədris olunan fənlər üzrə imtahan suallarını əhatə edən mövzulara dair müzakirələr aparılıb.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi