Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-də Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib

6 Oktyabr 2021
RSXM-də Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib

Oktyabrın 6-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilmişdir. İclasda Şuranın sədri Afaq Ağazadə mərkəzdə çalışan gənc əməkdaşların elmi potensiallarının artırılması istiqamətində bu vaxta qədər görülən işlərdən danışıb.

 

Şura sədri həmçinin əməkdaşlara xarici ölkələrdə, eləcə də ölkəmizdə doktorantura və magistraturada təhsil almaq üçün olan imkanlar barədə məlumat verərək, onların sual və təkliflərini dinləmişdir. İclasda əməkdaşlar müxtəlif xarici ölkələrin ali məktəblərinin təqaud proqramları haqqında da məlumatlandırılıb.

Həmçinin gənc alim və mütəxəssislərə elmi məqalələrin yazılması istiqamətində  təklif və tövsiyələr verilib.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə