RSXM-də Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib
Aprelin 29-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib.
İclasda AMEA nəzdində RSXM-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Afaq Səmədzadə çıxış edib. Şura sədri çıxışında bu ilin əvvəlindən indiyə qədər görülmüş işlər haqqında ətraflı məlumat verib.
İclasda həmçinin gənc alim və mütəxəssislərin hazırlıq səviyyəsinin və xarici dil biliklərinin artırılması istiqamətində görülən işlərə də toxunub.
Gənc alimlərin yerli və xarici jurnallarda elmi məqalələrin nəşr olunması, gənc mütəxəssislərin doktorantura və dissertantura pilləsinə hazırlıq məsələləri, eləcə də qarşıya qoyulan vəzifələr ətrafında da fikir mübadiləsi aparılıb.