Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-də Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib

11 İyun 2019
RSXM-də Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib. İclasda Şuranın 2019-cu ilin birinci yarısında gördüyü işlər, İdarə Heyətinə yeni üzvlərin seçilməsi  kimi məsələlərə baxılıb. 

AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli mərkəzdə gənclərdən ibarət  kadr potensialının artdığını bildirərək, gənclərə öz bilik və bacarıqlarını inkişaf etdirmək üçün yaradılan şəraitdən danışıb. Baş direktor şura üzvlərinə elmi və ictimai fəaliyyətlərində aktiv olmağı tövsiyə edib.

 

Müzakirələr zamanı RSXM-nin əməkdaşları - Aynur Əliyeva və Xədicə Əliyeva Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin yeni üzvləri seçiliblər.

Daha sonra Şuranın Idarə Heyətinin üzvlərinin iclası olub. İclasda Afaq Ağazadə RSXM-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Azər İsgəndərov Şura sədrinin müavini, Lalə Piriyeva isə katibi seçilib.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi 

 
AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə