Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-də Elmi Texniki Şuranın iclası keçirilib

2 Dekabr 2025
RSXM-də Elmi Texniki Şuranın iclası keçirilib

Dekabrın 2-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Elmi-Texniki Şuranın iclası keçirilib. İclasda AMEA-nın vitse-prezidenti, Yer elmləri bölməsinin rəhbəri, akademik İbrahim Quliyev, Elmi-Texniki Şuranın (ETŞ) üzvləri, RSXM rəhbərliyi və əməkdaşları iştirak ediblər.

İclasda çıxış edən AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli əvvəlcə iclasın gündəliyini elan edib və gündəlik ETŞ üzvləri tərəfindən qəbul edilib.

RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, bu ilin noyabr ayının 3-də keçirilən Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının 80 illiyinə həsr olunmuş tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevin Azərbaycan elminin inkişafı və qarşıda duran vəzifələrə dair çıxışından irəli gələn məsələlərlə bağlı RSXM-də yeni tədqiqat istiqamətləri və aparılacaq işlərin inkişaf perspektivləri haqqında təkliflər hazırlanıb. Həmin təkliflər iclasda təqdim olunub və Elmi-Texniki Şura üzvləri tərəfindən qəbul edilib. Həmçinin yeni təkliflərin AMEA-nın Yer Elmləri bölməsinə təqdim edilməsi haqqında qərar qəbul edilib.

Daha sonra mərkəzin müvafiq şöbələrinin rəhbərləri 2025-ci il ərzində Azərbaycanda aparılmış kompleks seysmoloji - geofiziki - geodinamik və geokimyəvi tədqiqatlar, elmi - istehsalat sahəsində görülmüş işlər, beynəlxalq əməkdaşlıq, elmmetrik bazalardakı vəziyyət və elektron elmin inkişafı, media və dövlət qurumları ilə kommunikasiya, mərkəzdə gənc kadrların bilik və bacarıqlarının inkişaf etdirilməsi sahəsində həyata keçirilən işlər və xarici dil biliklərinin artırılması istiqamətində keçirilən kurslar, Gənc Alim və Mütəxəssislər Şurasının il ərzində apardığı işlər və digər təşkilati məsələlərlə bağlı məruzələr təqdim ediblər.

Müzakirələr zamanı məruzəçilər Elmi Texniki Şuranın üzvlərinin suallarını cavablandırıblar. Müzakirələr təqdim olunmuş məruzələrin qəbul edilməsi ilə başa çatıb.

İclasda həmçinin RSXM-nin əməkdaşlarının əmək funksiyaları və gündəliyə daxil edilən digər təkliflərə baxılaraq qəbul edilib.  

Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə