Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-də Elmi-Texniki Şuranın iclası keçirilib

29 Mart 2022
RSXM-də Elmi-Texniki Şuranın iclası keçirilib

Martın 29-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elmi - Texniki Şurasının növbəti iclası keçirilib. Əvvəlcə RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli tərəfindən iclasın gündəliyi elan edilib.

 

Daha sonra mərkəzin “Seysmologiya” şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli "Azərbaycan Respublikası ərazisinin şimal hissəsi və Rusiya Federasiyasının cənub hissəsi daxil olmaqla Böyük Qafqazın şərq seqmentinin seysmotektonik və paleoseysmoloji tədqiqi" mövzusunda məruzəsini təqdim edib.

   

“Maqnitometriya” şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Hümbət Vəliyev "Şəki və Oğuz rayonlarının sərhəddindən axan Əlicançay çayı üzərində tikintisi nəzərdə tutulan su anbarının seysmik təhlükənin qiymətləndirilməsi"nə dair aparılmış işlərin hesabatı haqqında məlumat verib.

İclasda həmçinin Elmi - Texniki Şuranın gündəliyinə daxil olan digər məsələlər də müzakirə olunub.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

 
AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə