Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-də “Elm günü”nə həsr olunmuş onlayn tədbir keçirilib

30 Mart 2021
RSXM-də “Elm günü”nə həsr olunmuş onlayn tədbir keçirilib

Martın 30-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən “Elm  günü”nə həsr olunmuş onlayn tədbir keçirilib. “Zoom” platforması üzərindən həyata keçirilən tədbiri açan RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Azərbaycanda “Elm günü”nün təsis edilməsi haqqında danışıb. Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli sərəncamı ilə martın 27-nin Azərbaycanda “Elm günü” kimi təsis edildiyini bildirən baş direktor bu gün münasibəti ilə bütün elm adamlarını və tədbir iştirakçılarını təbrik edib. Azərbaycanda elmin inkişaf tarixi, eləcə də AMEA-nın yaradılmasının tarixi zərurətləri və inkişaf mərhələləri haqqında danışan baş  direktor ölkə rəhbərliyinin hər zaman elmin inkişafına, eləcə də elm adamlarına xüsusi diqqət və qayğı göstərdiyini də bildirib.

 

Daha sonra RSXM-nin “Seysmologiya” şöbəsinin müdiri, geologiya-minerologiya elmlər doktoru Tahir Məmmədli “Zəlzələlərin baş vermə səbəbləri və Azərbaycan ərazisinin seysmikliyi haqqında” mövzusunda təqdimatla çıxış edib. O, öz məruzəsində Yerin litosfer qatında gedən proseslər, zəlzələlərin baş vermə səbəbləri,eləcə də seysmoloji tədqiqat metodları haqqında ətraflı məruzə ilə çıxış edib.

 

Tədbirdə RSXM-nin baş direktoru,  AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli media nümayəndələrinin suallarını da cavablandırıb.

 

Tədbir seysmoloji tədqiqatların aparılmasına başlandığı vaxtdan bu günə qədər seysmik tədqiqatlarda istifadə olunan cihaz və avadanlıqlara həsr olunmuş sərgi-təqdimatın nümayişi ilə başa catıb. 

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi 

 

 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə