RSXM-də “Elm günü” münasibətilə sərgi-konfrans keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən hər il ölkəmizdə martın 27-i “Elm günü” kimi qeyd edilir.
Mövcud pandemiya şəraitini nəzərə alaraq, hələlik ölkəmizdə geniş tərkibli tədbirlərin keçirilməsi mümkün olmadığına görə, bu il də elmi müəssisə və təşkilatlarda “Elm günü” ilə bağlı tədbirlər onlayn şəkildə keçiriləcəkdir.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən “Elm günü” ilə bağlı 30 mart 2021-ci il tarixində saat 11:00 - da “Zoom” platforması üzərindən onlayn sərgi-konfrans keçirləcəkdir. Azərbaycanda seysmoloji və instrumental müşahidələrin aparılmasında son 100 ildən bəri istifadə edilən cihaz və avadanlıqların sərgisi tədbirdə nümayiş etdiriləcəkdir. Eləcə də zəlzələlər və onların tədqiqatına dair “Seysmologiya” şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədlinin təqdimatı olacaqdır.
Tədbirdə Mərkəzin baş direktoru, AMEA - nın müxbir üzvü, professor Qurban Yetirmişli media nümayəndələrinin suallarını birbaşa cavablandıracaqdır.
Tədbirdə iştirak etmək üçün aşağıdakı linkə daxil olmaq lazımdır:
https://zoom.us/j/92352755483?pwd=Y0hXMytObW9NaXlTMjNSakFYUkxoQT09
Meeting ID: 923 5275 5483
Passcode: 111222
Bütün media mənsubları tədbirə dəvətlidirlər.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi