Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-də "Elm günü" keçirilib

27 Mart 2024
RSXM-də "Elm günü" keçirilib

27 Mart 2024-cü il tarixində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində “Elm günü”nə həsr olunmuş  “Açıq qapı” keçirilib. Tədbirdə AMEA-nın vitse prezidenti, akademik İbrahim Quliyev, AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, mərkəzin müvafiq şöbələrinin əməkdaşları, ali məktəb tələbələri və şagirdlər iştirak ediblər. 

“Açıq qapı” günündə RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli iştirakçılara Respublika Seysmoloji Xidmət Mərkəzində aparılan kompleks seysmoloji, geofiziki, geodinamik, geokimyəvi tədqiqatlar haqqında ətraflı məlumatlar verib. Baş direktor Qurban Yetirmişli daha sonra RSXM-nin seysmik stansiyalarından seysmik dalğaların Monitorinq Mərkəzinə qəbulu, seysmik dalğa məlumatlarının emalı, zəlzələ ocaqlarının mexanizminin öyrənilməsi metodları, GPS tədqiqatları və alınmış nəticələr haqqında da danışıb.

Bundan başqa, mərkəzin müvafiq şöbələrinin rəhbərləri iştirakçıları mərkəzin müvafiq şöbələrində görülmüş işlərlə və əldə olunmuş nəticələr, Azərbaycanın seysmik vəziyyəti, zəlzələ ocaqlarının mexanizmlərinin öyrənilməsi, GPS stansiyalarının fəaliyyəti ilə bağlı məlumatlandırılıblar.

Daha sonra qonaqlara çöl ekspedisiya tədqiqatlarında istifadə olunan geofiziki cihazlar vasitəsilə dalğaların qeydi alınması, 1902-ci ildən bu günə qədər Azərbaycan ərazisində  aparılan tədqiqatlarda istifadə olunan  seysmoloji və geofiziki cihazlar əyani şəkildə nümayiş etdirilib. Eyni zamanda son yüz ildə Azərbaycan seysmologiyasının inkişaf mərhələləri və əldə olunmuş nəticələrə dair təqdimatlar olub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən hər il ölkəmizdə martın 27-i “Elm günü” kimi qeyd edilir.

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə