RSXM-də dezinfeksiya işləri aparılıb
Yanvarın 28-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması, müəssisə işçilərinin sağlamlığı və təhlükəsizliyinin qorunması məqsədilə növbəti dəfə dezinfeksiya işləri həyata keçirilib. RSXM-nin əməkdaşlarının çalışdığı iş otaqları, eləcə də laboratoriyalar dezinfeksiya olunub.
Qeyd edək ki, mərkəzin İnformasiya şöbəsi tərəfindən əməkdaşlar arasında mütəmadi olaraq, dünyada və ölkəmizdə pandemiyanın hazırkı səviyyəsi, virusun insan sağlamlığına və həyatına yaratdığı təhlükə, ciddi karantin rejiminin qayda və tələblərinə əməl olunması ilə bağlı maarifləndirmə işləri aparılır.
Mərkəzdə bütün iş otaqları maska, spirt və digər qoruyucu vasitələrlə təmin olunub.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi