Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM - də Bakının seysmik riskinin qiymətləndirilməsi müzakirə edilib

4 Oktyabr 2019
RSXM - də  Bakının seysmik riskinin qiymətləndirilməsi müzakirə edilib

Almaniyanın AS+P  şirkətinin nümayəndələri – Stefanie Vladka və Adem Tunca  AMEA  nəzdində  Respublika Seysmoloji Xidmət Mərkəzində olublar. Görüşdə RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli,  baş mühəndis Rauf Muradov, “Seysmologiya” şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli və mərkəzin digər əməkdaşları iştirak ediblər.

  

Qeyd edək ki, Almaniyanın layihələndirmə şirkəti olan AS+P şirkəti hazırda Bakı şəhərinin Baş planının hazırlanması işi ilə məşğul olduğuna görə, RSXM-də keçirilən görüşdə əsas müzakirələr Bakı şəhəri və Abşeron yarımadasında seysmik riskin qiymətləndirilməsi ilə bağlı olub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mərkəzdə aparılan seysmik riskin qiymətləndirilməsi və Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması işləri haqqında qonaqları məlumatlandırıb. 

AS+P şirkətinin nümayəndəsi Stefanie Vladka isə bildirib ki, Bakı şəhərinin Baş Planı hazırlanarkən buradakı seysmik risk və həssas ərazilər mütləq nəzərə alınmalıdır.  Həmçinin, palçıq vulkanlarının yaşayış ərazilərinə təsiri ilə bağlı amillərin də nəzərdən keçirildiyi bildirilib. Görüşdə gələcək əməkdaşlıq məsələlərinə dair də fikir mübadiləsi aparılıb. 

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi  

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə