RSXM-də “Açıq qapı” günü keçirilib
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində 27 mart “Elm günü” münasibəti ilə “Açıq qapı” günü keçirilib.
Azərbaycanda son 100 ildə aparılan seysmoloji tədqiqatlarda istifadə olunan cihazlar və aparılmış tədqiqatların nəticəsi ilk dəfə ictimaiyyət üçün nümayiş etdirilib.
Tədbirdə AMEA prezidenti , akademik Akif Əlizadə və elmi ictimaiyyət nümayəndələri, ali məktəb tələbələri, orta məktəb şagirdləri və KİV təmsilçiləri iştirak ediblər. İştirakçılara sərgidə nümayiş etdirilən cihaz və avadanlıqlar, aparılan tədqiqatlar haqqında ətraflı məlumat verilib.