Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-də 8 noyabr-Zəfər Günü və 9 noyabr-Bayraq Gününə həsr olunmuş tədbir keçirilib

7 Noyabr 2023
RSXM-də 8 noyabr-Zəfər Günü və 9 noyabr-Bayraq Gününə həsr olunmuş tədbir keçirilib

Noyabrın 7-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində 8 noyabr - Zəfər Günü və 9 noyabr - Bayraq Günü münasibəti ilə tədbir keçirilib.  Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, bu gün Azərbaycan xalqı Zəfər Gününü qürurla qeyd edir. “Bu sevinci, bu gözəl günləri bizə yaşatdığına görə Müzəffər Ali Baş Komandanımız, Möhtərəm Prezidentimiz İlham Əliyevə, Müzəffər Azərbaycan ordusuna, əsgər və zabitlərimizə, şəhidlərimizə və qazilərimizə borcluyuq. Bu gün azad olunmuş ərazilərdə bayrağımız məhz onların sayəsində dalğalanır”- deyən baş direktor Ulu Tanrıdan şəhidlərimizə rəhmət, müharibədə iştirak edən qazilərimizə və veteranlarımıza can sağlığı arzulayıb.

Baş direktor çıxışı zamanı Azərbaycan xalqının ötən əsrin 90-cı illərində yaşadığı faciələrdən, müstəqilliyimizin ilk illərində dövlətimizə qarşı olan təhdidlərdən, torpaqlarımızın 20 faizinin işğal olunmasından, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra ölkədəki xaosun aradan qaldırılmasından, Möhtərəm Prezidentimiz İlham Əliyevin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi xətti uğurla davam etdirməsindən də danışıb.

Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan ordu quruculuğuna toxunan professor Qurban Yetirmişli 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusunun nəyə qadir olduğunu bütün dünyanın gördüyünü qeyd edib. Onun sözlərinə görə, bu gün dünyanın bir çox ölkələrində Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi döyüş taktikaları öyrənilir. 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsinin xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını qeyd edən baş direktor deyib ki, Qarabağdakı bütün şəhər və kəndlərimizdə Azərbaycan bayrağı dalğalanır. O bildirib ki, bu ilin sentyabrında keçirilən antiterror əməliyyatlarından sonra Xankəndi, Xocalı və başqa şəhərlərimiz də separatçılardan təmizlənib. “Bununla da Azərbaycan öz suverenliyini tam şəkildə bərpa etdi. Bu gün Xankəndində bizim dövlət bayrağımız dalğalanır. Bu bizim bu ilki Zəfər Günümüz və Bayraq Günümüz üçün ən gözəl hadisədir”.

Baş direktor çıxışı zamanı RSXM-də çalışan müharibə iştirakçıları, qazilər və şəhid ailələrinə olan göstərilən diqqət və qayğıdan da bəhs edib.

Sonda tədbir iştirakçıları üçün Bakı Media Mərkəzinin istehsalı olan “İlham” sənədli filmi nümayiş etdirilib.

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə