RSXM-də 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib
8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) tədbir keçirilib. Tədbirdə çıxış edən AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli əvvəlcə mərkəzdə çalışan xanımları bayram münasibəti ilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıb. Baş direktor mərkəzdə çalışan xanımlar arasında məsul vəzifə tutan, elmlə məşğul olan əməkdaşların olduğunu bildirib. Azərbaycanda qadınların bütün sahələrdə çalışdıqlarını vurğulayan professor ölkəmizdə qadın hüquqlarının qorunması sahəsində görülən işlərdən danışıb.
Onun sözlərinə görə, Azərbaycanda qadınlara hər zaman yüksək diqqət olub. Q.Yetirmişli
Azərbaycanın birinci vitse-prezidenti Mehriban
xanım Əliyevanın fəaliyyətinin bütün xanımlar
üçün örnək olduğunu deyib. “Bu gün bizim birinci vitse-prezidentimiz Mehriban
xanım Əliyevanın fəaliyyəti bütün
qadınlarımız üçün nümunədir. Mehriban xanımın milli - mədəni sərvətlərimizin tanıdılması, tarixi abidələrimizin
qorunması və beynəlxalq aləmə çatırılmasında misilsiz xidmətləri var. O, bu gün
də Cənab Prezidentimizlə çiyin-çiyinə ölkəmizin ictimai-siyasi, mədəni həyatında
böyük işlər görür”.
Baş direktor çıxışı zamanı mərkəzin gənc xanım əməkdaşlarını ölkəmizin elmi və elmi - ictimai həyatında fəal olmağa çağırıb.
Daha sonra RSXM-nin İnformasiya şöbəsi tərəfindən mərkəzdə çalışan xanımların fəaliyyətinə dair hazırlanmış videoçarx nümayiş etdirilib və xatirə şəkili çəkilib.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi