Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-də 20 yanvar faciəsi qurbanları anılıb

16 Yanvar 2020
RSXM-də 20 yanvar faciəsi qurbanları anılıb

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

 

RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli tədbirdə çıxış edərək 20 yanvar faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu deyib. Bu faciənin heç zaman unudulmayacağını bildirən baş direktor faciə zamanı Azərbaycanda gedən proseslər, o zamankı respublika rəhbərliyinin səriştəsizliyindən söz açıb. O bildirib ki, sovet qoşunlarının Bakıda törətdiyi qanlı qırğına baxmayaraq, Azərbaycan xalqının iradəsini qıra bilmədi. Bu qanlı faciənin dünyaya tanıdılmasında Ulu Öndər Heydər Əliyevin rolundan danışan Qurban Yetirmişli “Baxmayaraq ki, o vaxt hələ sovet quruluşu qalırdı. O zaman Ulu Öndər öz həyatını risk altında qoyaraq, Moskvadakı Azərbaycan nümayəndəliyinə gəldi. Bu faciəyə görə o vaxtkı sovet hökümətinə rəhbərlik edən şəxslərin məsuliyyət daşıdığını bütün dünyaya bəyan etdi” - deyib. 

Baş direktor sonradan Azərbaycan Milli Məclisi tərəfindən hadisəyə siyasi qiymət verilməsinin də məhz Heydər Əliyevin təşəbbüsü ilə baş verdiyini qeyd edib. Qurban Yetirmişli çıxışı zamanı Azərbaycan rəhbərliyi tərəfindən hər zaman torpaqlarımızın azadlığı və müstəqilliymiz uğrunda qurban gedən şəhidlərimizə və onların yaxınlarına həssas yanaşıldığını, onların problemlərinin həlli istiqamətində davamlı tədbirlər həyata keçirildiyini deyib. 

 

Tədbirdə RSXM-nin baş direktorunun müavini Ramiz İsgəndərov və “Seysmologiya” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə elmlər doktoru Tahir Məmmədli də çıxış edərək faciə ilə bağlı fikirlərini bölüşüblər.

Tədbir 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş filmin nümayiş etdirilməsi ilə başa çatıb.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi   

 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə